Kərzai ABŞ – ı yerinə Rusiyanı və Çini istəyir

30.06.2015 17:01     Dünyadan reaksiya     1724

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai Moskvaya etdiyi səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov tərəfindən qəbul edilib.

Ziyarətdən sonra Həmid Kərzai Rus-əfqan əlaqələri, regional təhlükəsizlik, terror və narkotik qaçaqmalçılığı ilə bağlı bir mətbuat konfransı təşkil edib. Kərzai Moskva və Kabil hökumətləri arasındakı əlaqələrin çox yaxşı olduğunu vurğulayaraq Rusiya, Hindistan və Çinin Əfqanıstanda ABŞ-ın yerini almalı olduğunu söyləyib.

Kərzai bildirib ki, ABŞ bizdən uzaqdır və hər şeydən əvvəl ən yaxın qonşularımız ilə əlaqələri güçlendirməliyik.

Bu ölkələrin Əfqanıstana yardım məsələsi Rusiyanın Ufa şəhərində keçiriləcəık 8-10 iyul tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı zirvəsində iştirak edəcək prezident Əşrəf Qaninin də gündəmində olacaq. 2012-ci ildə Əfqanıstan bu təşkilata müşahidəçi qismində qəbul edilib.

Karzai Rusiya və Əfqanıstan əlaqələrinin Vladimir Putinin prezidentliyi dövründə çox müsbət bir şəkildə inkişaf etdiyini də qeyd edib. Son 15 ildə, iki ölkə arasındakı ticarət həcmi bir milyon dollardan bir milyard dollara yüksəlib.

Şərhlər

Çox oxunanlar