Misir üç ildə 14 milyard dollarlıq neft müqaviləsi imzaladı
01.02.2016 21:46 Dünyadan reaksiya 2081
Misir inqilabdan sonra Körfəz ölkələrinin də dəstəyi ilə 14 milyard dollarlıq neft müqaviləsi imzalayıb.
“Reaksiya” “Felesteen” qəzetinin xəbərinə istinadən xəbər verir ki, Misir təkcə Süveyş Kanalında neft quyuları qazmaq üçün ayrıca 1 milyard dollarlıq sərmayə qoyacaq.
Digər tərəfdən keçən il İtaliya neft və təbii qaz şirkəti ENİ Misirdə böyük neft ehtiyatı tapdığını bildirmişdi. Şirkətin internet saytından verilən məlumata görə, İsgəndəriyyə şəhərinin 290 kilometr cənubi-qərbindəki imtiyaz sahəsində olan ehtiyatı, 150-250 milyon barrel səviyyəsində təxmin edildiyi açıqlanmışdı.
Misirin enerjiyə xərclədiyi aylıq xərclərin 1.3 milyard dollar olduğu ifadə edilərkən, bu məbləğin çox az bir qismini xalqa verə bilir. Çünki Misir enerjidə ciddi bir sübvansiyaya gedir. Misir rəhbərliyi 10 dollara başa gətirdiyi qazı xalqa 1 dollardan satır.
Şərhlər