Rusiyanın "Su-35S" qırıcıları Suriya səmasında

01.02.2016 22:21     Dünyadan reaksiya     1028

Rusiyaya məxsus ən üstün manevr qabiliyyətli "Su-35S" qırıcıları keçən həftədən Suriyada hərbi tapşırıqları yerinə yetirməyə başlayıblar. 
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.
 
İ.Konaşenkov deyib ki, artıq ötən həftədən “Himeymim” aviabazasında ən üstün manevr qabiliyyətinə malik "Su-35S" qırıcıları hərbi tapşırıqların icrasına başlayıblar.
 
General-mayor qeyd edib ki, son vaxtlar RF təyyarələri Suriya səmasındakı bütün uçuşları Rusiya və Suriya qırıcılarının, həmçinin S-400 kimi müasir zenit-raket sistemlərinin müşayiəti ilə həyata keçirir.
 
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın "Kommersant" qəzeti Baş Qərargahın ilk dəfə ən yeni "Su-35S" təyyarələrini Suriya ərazisindəki hərbi əməliyyatlarda sınamaq barədə qərar verdiyini açıqlamışdı.

Şərhlər

Çox oxunanlar