İŞİD-dən xilas olan qadınlar “bakirəlik testi”ndən keçirilir
02.02.2016 13:51 Dünyadan reaksiya 1748
Beyənlxalq hüquq təşkilatları İraq hökumətini İŞİD girovluğundan azad olunmuş qadınların məcburi şəkildə bakirəlik testindən keçirilməsi praktikasına son qoymasını tələb edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Human Rights Watch və Beynəlxalq Səhiyyə Təşkilatı Bağdad məhkəmələrinin bu ənənəsini kəskin tənqid edib.
İŞİD cinayətlərinin təhqiqatı ilə məşğul olan komissiyanın hakimi Ayman Bamarni isə bakirəlik testinin keçirilməsinin davam edəcəyini deyib.
Beynəlxalq təşkilatlar Suriya və İraqda 3500 qadın və qızın İŞİD əsarəti altında olduğunu bildirir.
Şərhlər