Davudoğlu danışdı, PKK-nın yeni qanadı yarandı

02.02.2016 16:13     Dünyadan reaksiya     1188

PKK Hakkarinin Yüksəkova əyalətində yenidən təşkilatlanmağa başlayıb.
 
Axar.az-ın xəbərinə görə, silahlı birləşmənin “Sivil Müdafiə Birlikləri” adlı qanadının qurulduğu açıqlanıb.
 
Təşkilatın bəyanatında bu torpaqlarda öldürülən hər kəsin qisasının alınacağı vurğulanıb.
 
Baş nazir Əhməd Davudoğlu Şırnakın Cizrə bölgəsinə, Hakkarinin Yüksəkova əyalətinə xüsusi təhlükəsizlik qüvvələri göndəriləcəyini söyləyib. Baş nazirin bu çıxışından sonra PKK-nın adıçəkilən qanadı təsis olunub.
 
Qeyd edək ki, son aylarda hər iki regionda PKK tərəfdarları fəallaşıblar. 

Şərhlər

Çox oxunanlar