Putin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətini ləğv etdi

03.02.2016 10:15     Dünyadan reaksiya     2203

Rusiya prezidenti Vladimir Putin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətinin ləğv edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, sənəd çərşənbə axşamı Hüquqi İnformasiya rəsmi internet portalında dərc olunub.

Putin baş nazir Dmitri Medvedevin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətinin Federal Xəzinədarlığa birləşdirilməsi, eyni zamanda valyuta nəzarəti işinin Federal Vergi Xidməti və Federal Gömrük Xidmətinə verilməsi təklifi ilə razılaşıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Şərhlər