Lowa seçkisi: - Cruz-dan Trump üçün zərbəyə bərabər qələbə

03.02.2016 09:04     Dünyadan reaksiya     2215

Texas ştatından senator Ted Cruz Iowa ştatında Respublikaçılar partiyasında keçirilən ilk partiyadaxili seçkidə qələbə qazanıb.

"Bu axşam cəsur mühafizəkarlar qələbə çaldı", Washington, lobbiçilər və mətbuatın proqnozlarının əksinə olaraq birinci yeri tutmuş senatorun bu sözləri alqışlarla qarşılanıb.

Ted Cruz, səslərin 28%-i toplayaraq Respublikaçıların ən şanslı namizədi sayılan Donald Trumpı və senator Marco Rubionu geridə qoyub.

Demokratlar partiyasının namizədləri arasında keçirilmiş analoji seçkinin nəticələri hələ hesablanmaqdadır.

Demokratlar arasında sabiq ABŞ dövlət katibi Hillary Clinton və özünü demokratik sosialist adlandıran Vermont ştatından senator Bernie Sanders liderlik edir. Onları səslərin bir faizi ayırır.

Image copyrightAP
Image captionHillary Clinton-un düşərgəsi keçmiş Dövlət katibinin senator Bernie Sanders-i (solda) cüzi qabağladığını bildirib.

Hillary Clintonun düşərgəsi keçmiş dövlət katibinin cüzi üstünlük qazandığını bəyan edib.

ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində partiyalarda daxili namizəd seçkiləri keçirilir.

Bu prosesin əsas məqsədi noyabr ayında aralarında əsas mübarizə gedəcək iki aparıcı partiyanın namizədlərini müəyyən etməkdir.

____________________________________________________________________

Iowa ştatında ilkin seçkilərin nəticələri

Respublikaçılar, səslərin 99%-i sayılıb:

  • Ted Cruz: 28%, 8 nümayəndə
  • Donald Trump: 24%, 7 nümayəndə
  • Marco Rubio: 23%, 7 nümayəndə
  • Ben Carson: 9%, 3 nümayəndə
  • Rand Paul, Jeb Bush: hərəsi 1 nümayəndə
  • Chris Christie, Carly Fiorina, Jim Gilmore, Mike Huckabee, John Kasich və Rick Santorum: nümayəndə səsi əldə etməyiblər

Demokratların səsverməsi, səslərin 99%-i sayılıb:

  • Hillary Clinton: 50%, 22 nümayəndə
  • Bernie Sanders 47%, 21 nümayəndə
  • Martin O'Malley, 1%, nümyəndə səsi əldə edilməyib

____________________________________________________________________

Respublikaçılar arasında qeyri-müəyyənlik vəziyyəti yaranmayıb.

Respublikaçılar partiyası rəhbərliyinin xoşlamadığı 45 yaşlı mühafizəkar Ted Cruz seçkilərin nəticəsi məlum olandan sonra bunları deyib: "Iowa göstərdi ki, respublikaçıların namizədini və növbəti ABŞ prezidentini nə media, nə də Vaşinqton administrasiyası seçir”.

Image copyrightReuters
Image captionTed Cruz qələbə çaldıqdan sonra partiyasının sıravi üzvlərinə dəstək üçün minnətdarlığını bildirib.

Respublikaçılar arasında Ted Cruz və Donald Trump-dan sonra 3-cü yeri Florida ştatından senator Marco Rubio tutub, onun nəticəsi müşahidəçilərin gözlədiyindən də yaxşı olub.

İlkin nəticələr elan olunduqdan sonra Trump Cruzu təbrik edib və bildirib ki, ikinci yerlə fəxr edir. O, həm də New Hampshire ştatında gələcək partiyadaxili seçkilərdə lider olmağa söz verib.

Marco Rubio bildirib ki, Respublikaçılar partiyasındakı parçalanmanı birləşdirməyə qadir olan namizəddir.

Ötən həftə Trump, onun tələbi ilə Fox News telekanalı müzakirələr üçün moderator təyin olunmuş jurnalisti dəyişməkdən imtina etdiyinə görə, Iowada Respublikaçıların teledebatlarını boykot edib

Bununla belə, ilkin sorğular Iowa-da məhz Trump-ın qələbəsini proqnozlaşdırırdı.

Demokratlar partiyasında səsvermədən sonra Hillary Clinton-un kampaniyasının direktoru Matt Paul deyib ki, keçmiş dövlət katibi və birinci xanım 74 yaşlı Vermont ştatından senator Bernie Sanders-i geridə qoyub.

Beş dairədə səsvermənin nəticələri püşkatma yolu ilə müəyyən olunub, bu zaman hər dəfə püşkatma zamanı məhz Hillary Clinton-un bəxti gətirib.

____________________________________________________________________

Təhlil: Anthony Zurcher, BBC, Iowa

Baxmayaraq kı, son iki həftənin rəy sorğularında Ted Cruz Donald Trump-dan sonra gəlib, Ted Cruz Iowa ştatında rahat qələbə qazanıb.

Qələbə nitqində o, partiyasının sıravi üzvlərinə dəstək üçün minnətdarlığını bildirib.

Mühüm əhəmiyyətə malik olan bu ştatda qələbə qazanmaq üçün o, özü və seçki kampaniyası çərçivəsində xeyli vaxt və pul sərf edib.

Nəticədə bu səylər öz bəhrəsini verib.

Bu nəticə Cruz-da mötədillərin daha çox olduğu New Hampshire ştatında da keçiriləcək partiyadaxili seçkidə yaxşı nəticə göstərəcəyinə ümidi yaradır, sonra isə növbəti həftələr ərzində mühafizəkarların çoxluq təşkil etdiyi cənub ştatlarında isə qələbə qazanmaq şansını artırır.

Güman edildiyinə görə, Ted Cruz üçün əsas rəqiblər Iowa-da gözlənilmədən 3-cü yeri tutmuş senator Marco Rubio, və Donald Trump olacaqlar.

Şərhlər

Çox oxunanlar