Erməni deputatdan biabırçılıq - Şəhərin adını dəyişdi
03.02.2016 10:27 Dünyadan reaksiya 2095
Türkiyə Böyük Millət Məclisinin (TBMM) erməni deputatı Selina Doğan "facebook" səhifəsində ölkənin Diyarbəkir şəhərini "Tiqranakert" kimi yazıb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Bu deputat Kamal Kılıcdaroğlunun sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyasının üzvüdür.
Yerli mütəxəssislərin fikirincə Türkiyədəki demokratik mühitdən, söz, fikir və mətbuat azadlğından bu sayaq insanlar bəzən "azmışcasına" istifadə edir.
Yeri gəlmişkən, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının sessiyasında "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması" hesabatına səsvermədə sənədi ümumilikdə 25 ölkədən 66 şəxs dəstəkləmişdi. Səsverməyə qoşulan nümayəndə heyətləri sırasında hesabatın lehinə Gürcüstan, Ukrayna və Türkiyədən daha çox deputat səs verib. Sənədin qəbulu üçün 70 səsə ehtiyac olub.
Bununla belə, türkiyəli 16 deputatdan (Türkiyəni AŞPA-da 18 millət vəkili təmsil edir) 13-ü səsvermədə iştirak edib. Onlardan 12 millət vəkili qərarın lehinə səs verib, CHP-nin millət vəkili İlhan Kesici sənədin lehinə səs versə də, o, protokollara "bitərəf" kimi salınıb, 3 deputat - Talib Küçükcan, (hakim Ədalət və İnkişaf Partiyasından (AKP), Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri), Leyla Şahin Usta (AKP), Gülsün Bilgəxan (Cümhuriyyət Xalq Partiyası) isə səsverməyə qatılmayıb.
Gülsün Bilgəxan Atatürkdən sonra Türkiyənin 2-ci prezidenti İsmən İnönünün nəvəsidir. O, ötən ilin aprelində "Qondarma erməni soyqırımı"na dəstək məqsədi ilə sayğı duruşuna qatılmışdı.
Terrorçu PKK-nın sözçüsü kimi də tanınan Xalqların Demokratik Partiyasından (HDP) olan iki deputat isə səsvermədə iştirak etməyib.
Şərhlər