Kral: - "Artıq öhdəsindən gələ bilmirik"

03.02.2016 10:41     Dünyadan reaksiya     2181

Əgər Avropa Birliyi İordaniyaya Suriya qaçqınlarının qəbul edilməsi məsələsində yardım etməsə, Əmman bu miqrasiya böhranının öhdəsindən gələ bilməyəcək.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İordaniya kralı II Abdulla söyləyib. Onun sözlərinə görə, miqrasiya böhranı İordaniya iqtisadiyyatına böyük təzyiq edir:
 
“Əgər belə davam etsə, biz qaçqınların qəbulunu dayandırmalı olacağıq. Artıq hər şey kulminasiya nöqtəsinə çatıb. İordaniyanın dövlət büdcəsinin 25%-i məhz qaçqınların saxlanılması üçün xərclənir”.
 
Qeyd edək ki, BMT-nin son hesabatına əsasən, keçən il 4,6 milyon Suriya qaçqınından 635 mini İordaniyaya pənah aparıb. 

Şərhlər

Çox oxunanlar