Fransadakı kəsik baş cinayəti İŞİD-in işidir - Rəsmi açıqlama

30.06.2015 18:05     Dünyadan reaksiya     1916

Fransa prokurorluğu, keçən həftə Grenoble şəhərində, çalışdığı sənaye qaz fabrikini partlatmağı çalışan və müdirinin başını kəsən Salehinin terror hücumu niyyətiylə hərəkət etdiyini və İŞİD-lə əlaqəli olduğunu təsdiqləyib.

Paris prokuroru Fransua Molins Mərakeş əsilli Yasin Salehi adlı Fransa vətəndaşının keçən cümə çalışdığı fabriki partlatmaq istəməsi və 54 yaşındakı müdiri Herve Cornaranın başını kəsib girişdəki dəmir barmaqlıqlara asmasından sonra başlayan istintaqla bağlı açıqlamalar verib.

FƏRDİ SƏBƏBLƏR DƏ TƏSİRLİ OLA BİLƏR

Salehinin günahını etiraf etdiyini xatırladan Molins bildirib ki, istintaq Salehinin hərəkətinin terror hücumu niyyəti daşıdığını ortaya qoyub. Digər tərəfdən hadisənin bombalı terror hücumuna da bənzədiyini ifadə edən Molins hücumun altında eyni zamanda fərdi səbəblərin də ola biləcəyini dilə gətirib.

Hadisənin törədilmə şəkli İŞİD-i ​​xatırladır

Salehinin 96 saat davam edən həbs prosesinin bitməsindən sonra açıqlama verən Molins Salehinin cinayəti törətmə formasının və başı kəsik cəsədin yanına üstündə ərəbcə yazılar olan bayraq qoymasının Fransa torpaqlarında hücum edən İraq Şam İslam Dövlətinin (İŞİD) əmrləri ilə baş verdiyini və təşkilatın əvvəlki hücumlarını xatırlatdığını ifadə edib.

Molins Salehi'nin 2009-cu ildə həyat yoldaşı və uşaqlarıyla birlikdə Suriyada qaldığını da sözlərinə əlavə edib. Salehi istintaq zamanı Suriyaya ərəbcə öyrənmək üçün getdiyini bildirmişdi.

Şərhlər

Çox oxunanlar