Nazir "korrupsiyaya görə" istefa verdi

03.02.2016 13:45     Dünyadan reaksiya     1697

Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçus istefa qərarını korrupsiyanın yüksək səviyyəsi və islahatlar "keçirmək imkanı"nın olmaması ilə izah edib.

"Reaksiya" xəbər verir ki, "Ölkədə sistemli və mühüm islahatların qarşısının alınması ilə bağlı cəhdlərin kəskin fəallaşmasına görə mən nazir vəsifəsindən istefa vermək barədə qərar qəbul etdim”, - rəsmi bildirib.

"Mən və mənim komandamın açıq-aşkar korrupsiya üçün pərdəyə çevrilmək istəyimiz yoxdur".

Litvalı olan Ayvaras Abromaviçus Ukrayna nazirliyinə 2014-cü ilin dekabr ayından başçılıq edir.

O, sahibkardır və East Capital şirkətinin həmtəsisçisidir.

Nazir vəzifəsinə təyin edilməkdən öncə Abromaviçusa Ukrayna vətəndaşlığı verilib.

Şərhlər

Çox oxunanlar