AB, Rusiyanın İŞİD-lə mübarizə təklifini rədd edib: - "Əsəd varsa ..."
01.07.2015 03:59 Dünyadan reaksiya 2497
ABŞ Xarici işlər nazirliyinin sözçüsü Mark Toner, ölkəsinin Suriyada prezident Bəşər Əsəd hökumətinin də içində olduğu İŞİD-ə qarşı yaradılan bir koalisiyada iştirak etməyəcəyini bildirib. Toner Moskvanın gündəmə gətirdiyi və İŞİD-ə qarşı Şam rəhbərliyinin də daxil olduğu daha geniş bir koalisiya yaradılması istiqamətindəki təkliflə bağlı verilən bir suala belə cavab verib: '' Əsəd hökumətinin daxil olduğu heç bir layihəni dəstəkləmirik''.
Tonerin bu açıqlaması, Rusiya prezidenti Vladimir Putinin “anlaşılmazlıqları bir kənara qoyub İŞİD qarşısında gücləri birləşdirmə” mesajından sonra gəlib. Kremldə dünən Suriya xarici işlər naziri Vəlid Müəllimi qonaq edən Putin, “şərlə mübarizə” məsələsi var “güclərin birləşdirməyin vacib olduğunu' ifadə etmişdi.
Müəllim də terroru məğlub etmək üçün bölgədəki digər ölkələrlə əməkdaşlığa hazır olduqlarını bildirmişdi.
Digər tərəfdən Muəllimlə görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov da Şam hökumətinin xaricində tutulduğu koalisiyanın İŞİD –lə mübarizədə uğur qazanmayacağını vurğulayıb.
Şərhlər