Çin Pakistan və Əfqanıstandan Taliban İçindəki uyğurları istəyir

01.07.2015 04:16     Dünyadan reaksiya     2426

Çinin liderlik etdiyi Yeni İpək Yolu Layihəsi, Avropa ilə Asiya arasında yeni bir iqtisadi əlaqə yaratmağı nəzərdə tutur. Bölgənin ən qeyri-sabit iki ölkəsi olan Əfqanıstan və Pakistan da bu layihə çərçivəsində əhəmiyyətli yerə sahibdir.

Pakistanın baş naziri Navaz Sherif ilə dəhlizin ölkədən keçən hissəsinin tamamlanması üçün həcmi 46 milyard dolları keçən böyük müqavilələr imzalanıb. Əfqanıstanın paytaxtı Kabil və Çinin qərbində olan Sincan bölgəsini dəmiryolu ilə bir-birinə bağlamağı düşünən Çin bunun üçün 2017 – ci ilə kimi Əfqanıstana 100 milyon dollarlıq dəstək verməyi öhdəsinə götürüb.

Pekin bütün bu etdiklərinin əvəzində Əfqanıstanda vətəndaş müharibəsinin sona çatdırılmasını, hökumət və Əfqan Taliban arasında bir razılığa gəlinməsini tələb edir. Pakistan ordusunun terror qruplarına verdiyi dəstəyi kəsməsi, ölkədə Talibanın təsirsiz hala gətirilməsi və Belucistandaki separatçı qiyamların sona çatdırılması da Çinin şərtlərindəndir. Pakistan ordusu 10 min əsgəri, bu ölkədə çalışan çinli mühəndisləri qorumaq üçün ayırıb. Buna baxmayaraq, Əfqanıstan və Pakistanda qaçırılan və öldürülən çinli mühəndislərin sayı da az deyil.

Çinin Əfqanıstan və Pakistandan digər əsas tələbi isə Sincan bölgəsində Taliban daxilində döyüşən Uyğur Türk döyüşçülərinin yox edilməsidir.

Şərhlər

Çox oxunanlar