Dünya ölkələrinin Suriyaya ayırdığı maliyyə yardımlarının həcmi açıqlanıb

04.02.2016 19:38     Dünyadan reaksiya     1722

Bu gün Londonda keçirilən “Suriyaya və regiona dəstək” donor konfransında dünya ölkələri və təşkilatlar Suriya üçün ayırdıqları maliyyə yardımını açıqlayıblar.
Reaksiya - nın APA-ya istinadən verdiyi məlumata görə, ABŞ Suriyaya 601 milyon dollar dəyərində maliyyə yardımı ayıracağını, İordaniya və Livanda yaşayan şagirdlərin təhsili üçün isə 290 milyon dollar dəyərində dəstək verəcəyini bəyan edib.
Avropa İttifaqı isə 2016-cı ildə Suriya və regionun ehtiyaclarının qarşılamaq üçün 3 milyard avro ayıracağını bildirib.
Öz növbəsində Birləşmiş Ərəb Əmirlikləri 137 milyon dollar, Yaponiya 350 milyon dollar, Dünya Bankı növbəti 5 il üçün 5 milyard dollar, İtaliya növbəti 3 il üçün 400 milyon dollar, Danimarka 100 milyon dollar, Finlandiya 25 milyon dollar, Avstriya 60 milyon avro, Çin 10 min ton ərzaq yardımı, Səudiyyə Ərəbistanı isə 100 milyon dollar vəd edib.
 

 

Şərhlər

Çox oxunanlar