BMT-nin baş katibi: “İran Suriyadakı böhranın nizamlanmasında müsbət rol oynaya bilər”

04.02.2016 21:58     Dünyadan reaksiya     980

Bakı-APA.  Tehran Suriyadakı böhranın nizamlanmasında müsbət rol oynaya bilər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Pan Qi Mun Londonda İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşdə bildirib.

 

BMT-nin mətbuat xidmətinin məlumatına əsasən, baş katib təəssüflə bildirib ki, aviazərbələrin çoxalması və xırda prosedur məsələləri BMT-nin xüsusi elçisinin danışıqları müvəqqəti dayandırmağa məcbur edib. Pan Qi Mun danışıqların bu ay bərpa olunmasının vacibliyini qeyd edərək, Suriyaya dəstək beynəlxalq qrupun Münhendə planlaşdırdığı görüşünün əhəmiyyətini vurğulayıb.   

 

“İran Suriyadakı böhranın nizamlanması məsələsində, Suriya xalqının əzablarına son qoyulmasında və humanitar yardımların tədarükündə müsbət rol oynaya bilər”, - deyə baş katib qeyd edib.

 

Qeyd edək ki, BMT-nin xüsusi elçisi Staffan de Mistura yanvarın 29-da start götürmüş Suriya danışıqlarının müvəqqəti dayandırıldığını bildirib. Danışıqların yeni raundu fevralın 25-nə planlaşdırılıb. 

 
 
 

 

Şərhlər

Çox oxunanlar