Klinton: “Biz Putinə dəqiq mesaj göndərməliyik…”

05.02.2016 11:53     Dünyadan reaksiya     1266

Rusiya Avropadakı sərhədləri dəyişməyə çalışır.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın keçmiş Dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton söyləyib. Onun sözlərinə görə, Moskva ABŞ-ın Avropadakı müttəfiqlərinə təzyiq edir:
 
“Rusiya bununla Avropa dövlətlərini bir-birinə qarşı qoymağa çalışır. Biz NATO-dakı partnyorlarımıza daha çox dəstək verməliyik. Bundan əlavə biz Putinə dəqiq mesaj göndərməliyik ki, sərhədlərin dəyişdirilməsinə edilən cəhdlərin heç biri cavabsız qalmayacaq”.
 
Qeyd edək ki, bir müddət öncə ABŞ Müdafiə naziri Eşton Karter Rusiyanı ABŞ üçün əsas təhdidlərdən biri adlandırıb. 

Şərhlər

Çox oxunanlar