Ukrayna dünyanın "ən bədbəxt" ölkəsi seçildi - Səbəb

05.02.2016 13:28     Dünyadan reaksiya     1303

Ukrayna dünyanın “ən bədbəxt” iqtisadiyyatı olan ölkələrinin reytinqində liderlik edir.
 
Avropa.info xəbər verir ki, “Bloomberg” agentliyi dünya dövlətlərinin inflyasiya və işsizlik reytinqini müəyyən edib. Siyahıya Venesuela başçılıq edir. Səbəb isə neft gəlirlərinin məhdudlaşması üzündən gəlirlərin iki dəfə azalmasıdır.
 
Venesuelanın ardınca inflyasiya səviyyəsi 50%-ə çatan Ukrayna izləyir. Bu ölkədə işsizlik 9% olub. Üçüncü yerdə isə Kiyev gəlir.
 
Rusiya isə “bədbəxtlər” indeksində 7-ci yeri tutur. Ən “xoşbəxt” ölkələr isə Tayland, Sinqapur və İsveçrədir. 

Şərhlər

Çox oxunanlar