BBC-də Rusiya ilə bağlı qalmaqal - “Özlərini Vinni-puxa oxşadırlar” (FOTO)
05.02.2016 15:27 Dünyadan reaksiya 800
Fevralın 3-də BBC telekanalında üçüncü dünya müharibəsindən bəhs edən teleşou yayımlanıb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, teleşounun süjet xətti “Rusiyanın Latviya və Estoniyaya hərbi müdaxiləsi” konflikti ətrafında qurulub və “Üçüncü dünya müharibəsi: komanda postunda” (World War Three: Inside the War Room) adlanıb. Bəzi siyasətçilər teleşounu anti-Rusiya kampaniyası kimi qələmə veriblər. Lakin BBC telekanalı filmin antirusiya kampaniyasının bir hissəsi olması barədə ehtimalları rədd edib.
Teleşou ətrafındakı söz-söhbətlər isə Rəsmi Moskvanın narazılığa səbəb olub. Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov bununla bağlı öz tvitter hesabında “BBC telekanalı saxtakarlığa əsaslanan teleşou yayımlayıb” qeydini yazıb.
“BBC filmin Rusiya əleyhinə yönəlmədiyini iddia etməklə “Vinni-pux”u təqlid etməyə çalışır (?!). Bu sözləri deyən də daxil olmaqla buna heç kim inanmır”, -deyə millət vəkili qeyd edib.
A.Puşkovun sözlərinə görə, lent başdan-ayağa yalnış məlumatlara əsaslanır. O, kanalın verdiyi yalnışlığa nümunə kimi Saakaşvilinin əmrilə Tsixinvalın atəşə tutulmasının Rusiya ordusunun Cənubi Osetiyaya hərbi müdaxiləsi kimi təqdim olunduğunu göstərib.
Şərhlər