Ekvadorda PKK tərəfdarları Ərdoğana hücum etdilər - VİDEO

05.02.2016 16:59     Dünyadan reaksiya     817

Rəcəb Tayyib Ərdoğanın Ekvadora səfəri zamanı Milli Tədqiqatlar İnstitunun tələbələri ona Türkiyə prezidentinə qarşı etiraz aksiyası keçiriblər.  
 
Avropa.info xəbər verir ki, Ərdoğan universitetdə çıxış edən zaman zaldan “Qatil!”, “İstefa!”, “Yaşsın kürd xalqı!” səsləri yüksəlib.
 
PKK tərəfdarları Ərdoğandan Türkiyənin şərqində anti-terror əməliyyatı aparan ordunu çəkməsini istəyib.
 
Aksiya zamanı polis Ərdoğana hücum etmək istəyən tələbələrin qarşısını kəsib. Xatırladaq ki, Türkiyə prezidenti Cənubi Amerikaya səfəri çərçivəsində Ekvador və Peruda olub.

Şərhlər

Çox oxunanlar