Əhməd Davudoğlu: “Suriya-Türkiyə sərhədinə 15 minə yaxın insan gəlib”

05.02.2016 21:41     Dünyadan reaksiya     952

Bakı-APA. Fevralın 5-də Suriya-Türkiyə sərhədinə Hələb şəhərindən 15 minə yaxın insan gəlib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziriƏhməd Davudoğlu bəyan edib.

 

“Çox təəssüf ki, Hələb darmadağın edilib. Hazırda bu şəhərdən 15 minə yaxın insan sərhədimizə pənah gətirib. Biz onların bütün tələbatlarını təmin edəcəyik”, deyə Ə.Davudoğlu bildirib.

 

O qeyd edib ki, Hələb əhalisinin öz evlərini tərk etməsinə səbəb Rusiyanın dəstəyi ilə Suriya hökumət qoşunlarının hücumu olub. 

Şərhlər

Çox oxunanlar