Çurkin: “Rusiya Suriyada birtərəfli olaraq hərbi əməliyyatları dayandırmayacaq”

05.02.2016 23:24     Dünyadan reaksiya     944

Bakı-APA. Fevralın 11-də Münhendə “Suriyaya dəstək” beynəlxalq qrupunun görüşündə Rusiya əvvəl dayandırılmış sülh danışıqlarına dair bir neçə təklif irəli sürəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib.

 

“Biz danışıqlarda irəliləyişə nail olmaq üçün bəzi təkliflər hazırlayırıq, o cümlədən atəşkəs rejiminin tətbiqi ilə əlaqədar. Lakin hələ ki, Suriyada silahlı müxalifətin hücumları və ABŞ-ın rəhbərliyi altındakı koalisiyanınhava zərbələri davam edir,  Rusiya birtərəfli olaraq hərbi əməliyyatları dayandırmayacaq”, deyə V.Çurkin bildirib.

Şərhlər

Çox oxunanlar