Ərdoğan Rusiyanı hədələdi - "Ruslar Suriyada öldürdükləri insanlara görə cavab verəcəklər"

06.02.2016 00:13     Dünyadan reaksiya     765

Seneqalda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Rusiyanın Suriyanın bombalamasını sərt şəkildə tənqid edib.
 
Avropa.info xəbər verir ki, Ərdoğan Rusiyanın Suriyada öldürdüyü insanlara görə cavab verəcəyini deyib.
 
"Rusiyanın  Türkiyə  Suriyaya  hərbi müdaxilə etməyə hazırlaşır iddialarını gülünc sayıram. Rusiya hazırda Suriyada öldürdüyü insanların hesabını verməlidir. Rusiya hazırda Suriyanı işğal edib. Hazırda Suriyadan 2 milyon  700 min, İraqdan isə 170 min qaçqın Türkiyədədir.
  
Rusiya, Suriya rejimi yandırır, dağıdır, vurur. Biz isə hələ də bu insanları  onlara yardım etmək üçün qəbul edirik. Dünyada ikinci belə humanist dövlət tapa bilməzsiniz. 
 
Rusiya Suriyada bitmiş Əsədə hakimiyyət qurmaq istəyir. Bunun üçün də Suriya xalqını bombalayır. Hazırda Türkiyə sərhədi də təhdid altındadır. Bizim Suriya ilə 911 kilometrlik sərhədimiz var. Rusiyanın, İranın Suriya ilə sərhədi varmı? Nə işləri var Suriyada? Bəhanələri budur ki, Suriya rejimi bizi dəvət edib. Hər dəvət qəbul edilməz. Çünki, orada dövlət terroru törədən bir Əsəd var. Zalımdır, qatildir. Ona dəstək verənlər də onunla ortaqdır."
 

Şərhlər

Çox oxunanlar