Klintonun Davudoğludan Ermənistan xahişi

01.07.2015 13:02     Dünyadan reaksiya     2027

ABŞ Dövlət Departamenti keçmiş dövlət katibi Hillari Klintonun ümumi səhifə sayı 3 mini tapan daha əvvəl açıqlanmayan elektron poçtlarını ictimaiyyətlə paylaşdı.

Reaksiya.Az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bəzi yazışmalarda dövrün xarici işlər naziri Əhməd Davudoğlunun adının qısaldılaraq "Davu" şəklində işlədib.

Klintonun vəzifədə olduğu müddət ərzində rəsmi yazışmalarında xüsusi e-poçt ünvanını istifadə etdiyinin ortaya çıxması ilə, başlayan mübahisə nəticəsində Vaşinqtondakı federal hakim ABŞ Xarici İşlər Nazirliyinin  55 min səhifəlik e-poçt yazışmalarını 30 İyundan başlayaraq qruplar halında hər 30 gündə bir ictimaiyyətə şərhi lazım olduğuna qərar vermişdi.

ABŞ-da önümüzdəki il keçiriləcək prezident seçkiləri öncəsi Demokratlar Partiyasının ən güclü namizədi Klintonun 2012-ci ildə ABŞ səfirinin də öldürüldüyü Bingazi hadisəsi ilə əlaqədar o vaxt istifadə etdiyi fərdi e-poçt ünvanından rəsmi yazışmalar məhkəmə qərarı May ayında ictimaiyyətə açıqlanmışdı .

Daha çox xarici liderlə telefon danışıqları da daxil, nazirliyin gündəlik təkrarlanan fəaliyyətinə dair yazışmaların yer aldığı e-poçtlarda bəzi maraqlı detallar diqqəti çəkir.

Məktublarda bəzi maraqlı detallar da var. 20 sentyabr 2009 tarixində Klintonun, köməkçisinə e-poçt ataraq, "Lütfən Saraya zəng et və mənə buzlu çay gətirib-gətirə bilməyəcəyini soruş" deyə yazması diqqəti çəkdi. Başqa bir səfərdə də Klinton, köməkçisinə "Qəti gülmə!" deyə başlıqla atdığı e-məktubda Çində bəyəndiyi xalçalarla əlaqədar fotoşəkillər istəyib.

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar oktyabr 2009-cu ildə imzalanan protokollar əvvəlində Klinton və qrupunun bəzi yazışmaları da nəşr olunan e-poçt arasında yer aldı.

Dövrün Xarici İşlər Nazirliyi müşavir müavini Filip Qordonun göndərdiyi bir e-məktubda, dövrün xarici işlər naziri Əhməd Davudoğlunun, Ermənistan tərəfinin razı qalması halında  elə sabah açıqlama verməyə hazır olduğu" ifadəsi də qeyd olunub. Bu nöqtədə Klintonun tərəflərlə telefon görüşməsi etməsi nöqtəsində də bir çox yazışmalarının olduğu da görüldü.

Bəzi yazışmalarda Davudoğlunun adı qısaldılaraq "Davu" şəklində istifadə edilib.

Şərhlər

Çox oxunanlar