Ukraynadan sürpriz Türkiyə tələbi
06.02.2016 01:14 Dünyadan reaksiya 754
Ukrayna xarici işlər naziri Pavlo Klimkin Krım yarımadası ilə bağlı danışıqlarda Türkiyənin iştirakının vacib olduğunu deyib.
Avropa.info xəbər verir ki, Klimkin Şərqi Ukrayna məsələsində olduğu kimi, Krım münaqişəsinin də beynəlxalq aləmdə müzakirə edilməsinin vacib olduğunu bildirib. O, bu müzakirələrə Türkiyənin və beynəlxalq təşkilatların qoşulmasının vacib olduğunu qeyd edib.
Pavlo Klimkin deyib ki, fevralın 13-də Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin Münhendə planlaşdırılan toplantısında, Krım problemini gündəmə gətirməyə hazırlaşır.
Şərhlər