Gürcüstanın energetika naziri “Frontera” şirkətinin məlumatını təkzib edib

06.02.2016 01:16     Dünyadan reaksiya     871

bilisi, 6 fevral, AZƏRTAC

Gürcüstanın Kaxeti bölgəsində 3,8 trilyon milyard kubmetr təbii qaz ehtiyatı olması barədə “Frontera” şirkətinin məlumatı inandırıcı deyil. Bu gün heç Türkmənistan və ya digər neft-qaz ölkələri bu qədər təbii qaz ehtiyatına malik deyil.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.

K.Kaladze bildirib ki, bunun sübut olunması üçün milyardlarla investisiya lazımdır. Əgər bu proqnozlar təsdiqini taparsa, vəziyyət tamamilə dəyişər. Amma bunun hansı nəticələr verəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Şərhlər

Çox oxunanlar