Bəhreyn Suriyada İŞİD-ə qarşı quru əməliyyata qoşulmağa hazırdır

06.02.2016 03:14     Dünyadan reaksiya     936

Bəhreyn İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya quru qoşunları ilə dəstək verməyə hazır olduğunu bildirib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Bəhreynin Böyük Britaniyadakı səfiri şeyx Favaz əl-Xəlifə bəyan edib.

 

Səfir həmçinin qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri də Suriyada quru əməliyyata hazırdırlar.

 

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının müdafiə naziri Əhməd Asiri “Al-Arabiya” telekanalına verdiyi açıqlamada ölkəsininSuriyada quru əməliyyatına qoşulmağa hazır olduğunu bildirib.

Şərhlər

Çox oxunanlar