Səudiyyə Ərəbistanı suriyalı qaçqınlara tibbi yardımı artırır
06.02.2016 03:54 Dünyadan reaksiya 1000
6 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığı tərəfindən İordaniyada suriyalı qaçqınlar üçün salınmış düşərgədə 2400 xəstəyə tibbi yardım göstərilib.
SPA dövlət xəbər agentliyinin yaydığı məlumata görə, havaların kəskin soyuması qaçqınlar arasında müxtəlif xəstəliklərin, o cümlədən soyuqdəymənin artmasına səbəb olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İordaniyadakı qaçqın düşərgələrində səhra hospitalı qurub.
Şərhlər