Bir ailənin 6 üzvü qətlə yetirilib

06.02.2016 04:10     Dünyadan reaksiya     910

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) ikisi uşaq olmaqla, bir ailənin 6 üzvü qətlə yetirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, polis fərdi evdə öldürülmüş iki kişi, iki qadını və təxminən 10-12 yaşlı 2 uşağın meyitini tapıb.

 

İlkin versiyaya əsasən, ölənlərə çoxsaylı bıçaq və ağır əşya ilə zərbələr endirilib.

 

Ad və soyadları açıqlanmayan ailə 10 il əvvəl Meksikadan Çikaqoya köçüb. Ailənin kriminal aləmlə əlaqəsinin olmadığı  vurğulanır. 

Şərhlər

Çox oxunanlar