Qocalar evində baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

06.02.2016 04:33     Dünyadan reaksiya     901

Kanadanın Toronto şəhərində (Ontario ştatı) yerləşən qocalar evində güclü yanğın baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

 

Yanğın beşmərtəbəli binanın sonuncu mərtəbəsini əhatə edib. Alovun qarşısını almaq üçün hadisə yerinə 12 yanğınsöndürən briqada cəlb edilib.

 

İnsidentin başvermə səbəbləri müəyyənləşdirilir. Hadisə zamanı binada olan insanların sayı barədə məlumat verilmir.

Şərhlər

Çox oxunanlar