BMT baş katibi: “İŞİD sıralarında 34 qruplaşmanın silahlıları döyüşür”
06.02.2016 05:56 Dünyadan reaksiya 978
Son hesablamalara əsasən, dünya üzrə 34 müxtəlif qruplaşma İŞİD-ə sadiqlik andı içib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT Təhlükəsizlik Şurasında çıxış edən qurumun baş katibi Pan Qi Mun bəyan edib.
Onun sözlərinə görə, 2016-cı ildə bu rəqəm ardıcıl surətdə artacaq.
“İŞİD dünyanın ən zəngin terror təşkilatıdır. Bəzi məlumatlara əsasən, 2015-ci ildə qruplaşma neft və neft məhsullarının satışından 400-500 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bundan başqa, İŞİD-in nəzarəti altında olan ərazilərdə müəssisə və fermerlər silahlılara vergi ödəməli olur. Üstəlik, terrorçular daşınmaz əmlakın müsadirəsi və alqı-satqısı ilə məşğuldur. Dəyişən şəraitə dərhal uyğunlaşan İŞİD-in dünya üçün olduqca təhlükə kəsb edir”, deyə BMT baş katibi vurğulayıb.
Şərhlər