Türkiyədə gərgin gecə: terrorçunun qolu qopdu
06.02.2016 06:51 Dünyadan reaksiya 844
Türkiyədə PKK (Kürd Fəhlə Partiyası) terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında gərginlik davam edir. ANS PRESS-in məlumatına görə, Diyarbəkir vilayətində növbəti gərgin gecə yaşanıb.
Diyarbəkirin Kayapınar rayonunda üzü maskalı bir qrup ticarət mərkəzlərindən birinə daşlarla və kustar üsulla hazırlanmış partlayıcı qurğularla hücum ediblər. Terakt zamanı ölən və yaralanan olmasa da içəridə olan müştərilər qoerxuya düşüblər. Hadisə vaxtı mərkəzdə olan bəzi mağaza sahibləri iş yerlərini bağlayıblar.
Şərhlər