Roma Papası ilə bütün Rusiyanın patriarxı arasında tarixi görüş Kubada keçiriləcək
06.02.2016 08:16 Dünyadan reaksiya 1062
Roma Papası Fransisk ilə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill arasında tarixi görüş fevralın 12-də Kubada baş tutacaq.
Bu barədə Vatikanın mətbuat katibi Federiko Lombardi məlumat verib.
AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, bu görüşlə əlaqədar Roma Papası Fransisk fevralın 12-dən 18-dək Meksikaya nəzərdə tutulan səfərini təxirə salıb.
Ötən əsrin 90-cı illərində belə bir mötəbər görüşün keçirilməsi istiqamətindəki göstərilən səylər heç bir nəticə verməyib. Roma Katolik Kilsəsinin başçısı Moskvanın və bütün Rusiyanın patriarxı ilə görüşməyə hər an hazır olduğunu dəfələrə bəyan edib.
Qeyd edək ki, Roma və Moskva arasındakı gərgin münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasında onun sələfi XVI Benediktin böyük xidmətləri olub.
Şərhlər