Avropa istilərdən qovrulur - Dondurma satışı rekor qırır

01.07.2015 13:29     Dünyadan reaksiya     1809

Mərkəzi Avropa bazar ertəsi günündən bu yana həddindən artıq istilərlə qovrularkən, xalq sərinləmək üçün çimərliklərə axın etdi. İtaliyalılar bir az da olsa sərinləmək üçün dondurmacılara qaçdı.
 
Reaksiya.Az "Hürriyet"ə istinadən xəbər verir ki, Almaniya və Fransada termometr 38 dərəcəni göstərərkən, sinoptiklər istilərin həftə ortasına qədər davam edəcəyini söyləyir.
 
Cümə axşamı, cümə və həftəsonu Avropanın çoxu bölgəsində şiddətli yağışla istiliyin 5-8 dərəcə düşəcəyi təxmin edilir.
 
Fransa Meteorologiya Mərkəzi hava istiliyinin 40 dərəcəyə çıxacağını açıqladı. Ən son 1952-ci ildə üç gün art arda həddindən artıq istilər yaşandığı ölkədə, xüsusilə yaşlı və uşaqların istilərdən qorunması tövsiyə edildi.
 
İspaniya və Portuqaliya Bazar günündən bu yana 40-42 dərəcə istiliklə mübarizə aparmaqdadır, həmçinin meşə yanğınları qorxu yaradıb.
 
İstilərə ən çox sevinənlər isə dondurmacılar və hovuz administratorları oldu. İsti havalarda İtaliya dondurmacıları satış rekordları qırır.

Şərhlər

Çox oxunanlar