ABŞ senatorları İranda keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyirlər

06.02.2016 13:11     Dünyadan reaksiya     1341

ABŞ Konqresinin üç senatoru İranda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tehrana səfər etmək istəyirlər.
 
"Azertac" xəbər verir ki, bu barədə İran mətbuatı ABŞ-da nəşr olunan “The Hill” qəzetinə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, senatorlar Mik Pompeo, Lee Zeldin və Frank Lo Biondo Vaşinqtonda İranın maraqlarını müdafiə edən lobbiçilik şirkətinə müraciət ediblər. Onlar şirkətdən İrana səfər etmək üçün viza alınmasında kömək göstərilməsini istəyiblər. İranla ABŞ-ın nüvə razılaşmasına qarşı çıxan bu senatorlar bəyan ediblər ki, xalqın İranda baş verənlər barədə obyektiv məlumat əldə etmək haqqı var.
 
Senatorlar İran rəsmilərinə məktubla müraciət edərək istəklərinin həyata keçməsi üçün onlara kömək göstərilməsini xahiş ediblər. Rəsmi Tehran hələlik müraciətə cavab verməyib.
 
Xatırladaq ki, fevralın 26-da İran İslam Şurasına (parlament) seçkilər keçiriləcək.

Şərhlər

Çox oxunanlar