Suriya: Qaçqın böhranının dərinləşməsi fonunda yeni toqquşmalar

06.02.2016 14:19     Dünyadan reaksiya     1487

Üsyançıların əlində olan Hələb yaxınlığındakı Ratyan şəhərini mühasirəyə almaq cəhdləri şiddətli toqquşmalarla müşayiət olunur, xəbərlərdə deyilir.
 
“Reaksiya” "BBC"-yə istinadən xəbər verir ki,İnsan hüquqlarının müdafiəsi üzrə Suriya İnsan Haqları Müşahidə Şurası bildirir ki, strateji əhəmiyyətə malik şəhər uğrunda toqquşmalar hər iki tərəfdən təxminən 120 döyüşçünün ölümünə bais olub.
 
Bu arada döyuşlərin getdiyi ərazidən qaçan 20 minədək adam ötən gecəni Türkiyə sərhədi yaxınlığında keçirib.
 
Ankara qaçqınlara kömək edəcəyini bildirsə də, sərhəddəki qapılar hələ ki, bağlı qalır.
 
Fevralın əvvəlindən Rusiya hərbi aviasıyasının dəstək verdiyi Suriya qüvvələri Hələb əyalətində əhəmiyyətli irəliləyişə nail olub.
 
Suriya televiziyası şimaldakı Ratyan şəhərinin nəzarət altına alındığını bildirir.

Şərhlər

Çox oxunanlar