Türkmən Dağında öldürülən 4 rus generalının məxfi Türkiyə planı üzə çıxdı. - Ələ keçirilən xəritə Moskvanın planını deşifrə etdi
07.02.2016 23:30 Dünyadan reaksiya 1063
Bir neçə gün əvvəl Türkiyə sərhədində yerləşən Suriyanın Türkməndağı bölgəsində yüksək rütbəli hərbçilərin keçirdiyi toplantıya edilən basqının bəzi təfərrüatları məlum olub.
4 rus generalının iştirak etdiyi toplantıda, əsasən, Türkiyənin İslam coğrafiyasından qoparılması üçün atılacaq addımlar müzakirə edilib. Türkiyə mətbuatının yazdığına görə, ələ keçirilən xəritə ilə Rusiyanın Suriyadakı planları deşifrə olunub.
Xəritəni dəyərləndirən kəşfiyyat səlahiyyətliləri bildirir ki, Rusiya Suriyanın qərbindəki Afrin bölgəsindən Hələbin şərqinə qədər olan məsafəni Əsəd qüvvələri üçün dəhliz yaratmağa çalışır.
Bunun nəticəsində isə Əsəd qüvvələri Türkiyə sərhədinin böyük hissəsinə nəzarət edəcək.
Fevralın 3-də Rusiya və Suriya generallarının iştirakı ilə Türkməndağı bölgəsində toplantı keçirilərkən müxalif qüvvələr basqın edib. Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.
Duveyrik və Selma bölgələri arasında olan məkanda keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb.
Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.
Basqın zamanı öldürülən rejim generallardan biri general-leyenant, 3 isə general-mayordur.
Anspress
Şərhlər