"Uşaq böyütmək qadınlarla yanaşı, kişilərin də işidir" - Ruhanidən maraqlı tövsiyə

08.02.2016 00:04     Dünyadan reaksiya     1053

İran prezidenti Həsən Ruhani Tehranda qadınlar konfransında çıxış edib.
 
Musavat.com xəbər verir ki, Ruhani İran siyasətində gender bərabərliyinin olduğunu vurğulayıb.
 
Məlumata görə, Ruhani siyasətdə qadınların da yer almasının vacib olduğunu söyləyib və qadınların hələ də layiq olduqları statusa gəlib çatmadıqlarını bildirərək "Bu işin üstündə çox çalışmalıyıq" deyib.
 
İran prezidenti həmçinin qadınların evdə oturub, kişilərin işləməli olduğunu deyən insanlara da cavab verib: “Uşaq böyütmək qadınlarla yanaşı, kişilərin də işidir. Bu hər iki cinsin öhdəliyidir”.

Şərhlər

Çox oxunanlar