Obama Ağ Evdəki internetin sürətindən şikayətləndi
08.02.2016 15:57 Dünyadan reaksiya 1186
ABŞ prezidenti Barak Obama CBS telekanalına müsahibəsi zamanı Ağ Evdəki internetin keyfiyyətindən şikayətlənib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı öz xələfinə bu baxımdan uğurlar arzuladığını deyib.
“Texnika ilə bağlı olan problemləri həll etməyə çalışır. Bu çox köhnə tikilidir və ona görə Wi-Fi-ın işləmədiyi çoxlu ölü zonalar var”.
Mişel Obama isə “qızlarım bəzən internetin sürətinə görə çox qıcıqlanırlar”- deyə həyat yoldaşının arqumnetlərini möhkəmləndirib.
Amerikada bu il prezident seçkiləri noybarın 8-də keçiriləcək.
Şərhlər