Şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

08.02.2016 21:28     Dünyadan reaksiya     1052

Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Milliyet”-e istinadən verdiyi məlumata görə, Kulp-Lice yolunda şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

 

Hadisə nəticəsində, məktəblilər daxil olmaqla 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha 16-nın müalicəsi davam edir.

 

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar