Makedoniya Yunanıstanla sərhəddə yeni sədd tikir

09.02.2016 10:37     Dünyadan reaksiya     683

Makedoniya Yunanıstanla sərhəddə yeni sədlərin inşa edilməsinə başlayıb. Daha öncə inşa edilən səddin yanında Makedoniya əsgərləri yeni tikanlı məftillə bürünmüş sədd qaldırmağa başlayıblar. Yeni səddin eni 37 kilometr olacaq. Makedoniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Avstriyaya və Almaniyaya üz tutan 2800 qaçqın bu yaxınlarda yenidən Makedoniyaya daxil olub. Ekspertlərin fikrincə, Avstriyanın Yunanıstanın sərhədlərini daha sərt qorumaq çağırışı nəticə vermədiyindən Makedoniyanın sərhədlərini möhkəmləndirmək planı reallaşmağa başlayıb.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar