Neft platformasında yanğın: 2 ölü, 8 yaralı

09.02.2016 12:16     Dünyadan reaksiya     1320

Meksikadakı neft platformalarının birində təzyiq avadanlığının yerləşdiyi sahədə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 8-i yaralanıb.

AZƏRTAC xəbər verir ki, “Petroleos Mexico” şirkətindən edilən şərhdə yanğının ölkənin cənubundakı Kampeçe əyalətindəki “Abkatun A” adlı neft platformasında baş verdiyi bildirilir. Yanğın nəticəsində 2 nəfər ölüb, 8-i yaralanıb. Yaralılardan 6-nın xəstəxanada olduğu, digər 2-nin isə müalicələrinin tamamlanaraq evə buraxıldığı bildirilir.

Yanğının baş vermə səbəbləri barədə isə məlumat verilməyib.

Şərhlər

Çox oxunanlar