İsveç naziri İrəvanda aldatdılar

09.02.2016 13:42     Dünyadan reaksiya     1161

Ermənistanda olan Marqot Vallströmu qondarma erməni soyqırımına həsr olunan abidə önünə apardılar.

İsveç xarici işlər naziri Marqot Vallströmün başçılıq etdiyi nümayəndə heyəti bu gün İrəvanda qondarma erməni soyqırımına həsr olunan “Sisernakaberd” memorial kompleks abidəsini ziyarət edib. ANS PRESS-in məlumatına görə, İsveç xarici işlər naziri memorial önünə əklil və gül qoyub. 

Marqot Vallström Ermənistana ölkənin xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə səfər edib. Vallströmün bu gün Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşü planlaşdırılır. İsveç xarici işlər nazirinin İrəvandan sonra Bakıya gələcəyi gözlənilir. 

Onun Azərbaycanda Xocalı hadisələrinə həsr olunan “Ana fəryadı” abidəsini ziyarət edib-etməyəcəyi maraq doğurur. Analojı hadisə ötən il ABŞ dövlət katibin köməkçisi Viktoriya Nullandın regiona səfər etdiyi zaman qeydə alınmışdı. O zaman Bakıda olarkən Azərbaycan şəhidləri ilə bağlı heç bir xüsusi tədbirdə iştirak etməyən xanım Nulland İrəvana gələr-gəlməz qondarma erməni soyqırımına həsr olunan “Sisernakaberd” memorial kompleks abidəsini ziyarət etmişdi




Marqot Vallström qondarma erməni soyqırımı abidəsini ziyarət edərkən

Daha sonra Edvard Nalbandyanla birgə mətbuat-konfransında çıxış edən Marqot Vallström dağlıq Qarabaq münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirib. 

İsveç nazirin sözlərinə görə, vəziyyətin gərginləşməsinə imkan vermək olmaz. “Tərəfləri münaqişənin sülh yolu ilə həll olunması üçün səylərini əsirgəməməyə çağırırıq”, – deyə Vallström bildirib. Xanım nazir bu işdə ATƏT-in Minsk qrupunun üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.


Marqot Vallström İrəvanda mətbuat konfransında

Şərhlər

Çox oxunanlar