İŞİD Həmasa qan udduracaq
01.07.2015 15:13 Dünyadan reaksiya 2190
İraq və Suriyada torpaqlarını genişlədən, Əfqanıstanda Talibanın, Yəməndə Əl-Qaidənin taxtı – tacını laxladan və sempatizanları vasitəsi ilə dünyanın müxtəlif ölkələrində terror dalğası yaradan İŞİD Həmasa da dişini qıcayıb. Belə ki, terror təşkilatının sosial mediada paylaşdığı bir videoda Qəzzanı idarə edən Həmasın “uğursuz və qətiyyətsiz" olduğu vurğulanıb. Videodaki maskalı İŞİD terroristi Qəzzada rəhbərliyə İŞİD -in gələcəyini bildirib.
Həmas şəriəti düzgün tətbiq etmir
Qəzzada Həmasın şəriət qanunlarını tətbiq etmədiyini bildirən terrorist müraciətində deyib: "Yəhudi dövlətinin, sizin, (Həmas) Əl Fəthin və bütün dünyəvilərin kökünü kəsəcəyik. Bu gün Yermükdə (Suriyadakı Fələstin qaçqın düşərgəsi) və Suriyada olduğu kimi Qəzzada da şəriət qanunları etibarlı olacaq".
Qeyd edək ki, İŞİD - ə aid bu video təşkilatın HƏMAS-ı ilk dəfə birbaşa təhdid etməsi baxımından olduqca böyük əhəmiyyət daşıyır.
Şərhlər