Rusiya Hərbi Dəniz Qüvvələri hazır vəziyyətə gətirilib (VİDEO) - VİDEO
09.02.2016 14:29 Dünyadan reaksiya 1171
Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə bir nömrəli döyüş hazırlığı əmri verilib.
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər və Qara dənizdə təlimlərə başlayıb. ANS TV-nin məlumatına görə, təlim keçirilən ərazilərə Krım, Şimali Qafqaz və Ukrayna ilə sərhəd Cənub-Qərb bölgələri daxildir.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbi gəmilər Cənub hərbi dairəsinin qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində, Xəzər dənizi və Qara dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirirlər.
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bir neçə aviabaza və hərbi nəqliyyat aviasiyasının da döyüş vəziyyətinə gətirildiyini bildirib.
Onun sözlərinə görə, “Cənub hərbi regionunda böhranlı vəziyyətə müdaxilə məqsədilə hərbi hazırlıq səviyyəsinin yoxlanılması tələb olunur. Qoşunların genişmiqyaslı tapşırıqların yerinə yetirməsi, həmçinin terrora qarşı mübarizə, təbiət hadisəsi və ya fövqəladə vəziyyət zamanı yaranmış fəsadların aradan qaldırılması, aviazərbələrin qarşısının alınması və vacib hərbi və hökumət binalarının qorunması tapşırıqlarının təcrübədən keçirilməsi vacibdir”.
Şoyqu bildirib ki, hərbi təlimlər hərbi müdaxilələrə qarşı ordunun hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. Təlimlərə ötən gündən başlanılıb. Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə bir nömrəli döyüş hazırlığı əmri verib.
Şərhlər