Ömürlük prezident referendumu mayın 22-də olacaq

09.02.2016 14:36     Dünyadan reaksiya     928

Tacikistan parlamentinin aşağı palatası konstitusiyaya dəyişikliklər referendumunun keçirilməsi haqda qanun qəbul edib. Referendum bu il mayın 22-də olacaq.
 
Novator.az xəbər verir ki, ana qanunda dəyişikliklər indiki dövlət başçısı İmaməli Rəhmana qeyri-məhdud sayda prezident seçilmək imkanı yaradır.
 
Parlamentin aşağı palatası konstitusiyaya düzəlişlər layihəsini yanvarın 22-də təsdiqləyib. Layihə fevralın 4-də Konstitusiya Məhkəməsindən keçib.
 
Konstitusiya yeniliyi təsdiqlənərsə, İmaməli Rəhman 2020-ci ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürə biləcək.
 
İmaməli Rəhman Tacikistana 1992-ci ildən rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur.

Şərhlər

Çox oxunanlar