ABŞ seçkiləri: Trump və Sanders Nyu-Hempşirdə qələbə qazanıb
10.02.2016 12:22 Dünyadan reaksiya 1073
Respublikaçı Donald Trump və demokrat Bernie Sanders Nyu-Hempşirdə keçirilən partiyadaxili seçimlərdə qələbə qazanıb.
“Reaksiya” "BBC"-yə istinadən xəbər verir ki, Əsas demokrat namizədlərdən olan Hillary Clintona qalib gələn Vermont senatoru Bernie Sanders bildirib ki, onun qələbəsi insanların "real dəyişiklik" istədiyini göstərib.
Nyu-Hempşirdə seçki fəallığı bütün gözləntiləri keçib, uzun tıxaclar və seçki məntəqələrində böyük sıralara səbəb olub.
Bir müddət əvvəl həyata keçirilən ictimai rəy sorğuları Trump və Sandersin qələbəsini proqnozlaşdırıb.
Hillari Clinton məğlubiyyətini etiraf edərək Sandersi təbrik edib. Sanders isə cavabında icra kampaniyasına görə Clintona təşəkkür edib.
ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində partiyalarda daxili namizəd seçkiləri keçirilir.
Bu prosesin əsas məqsədi noyabr ayında aralarında əsas mübarizə gedəcək iki aparıcı partiyanın namizədlərini müəyyən etməkdir.
RealClearPolitics şirkətinin məlumatına görə, seçkilər ərəfəsində Nyu-Hempşirdə Demokrat Partiyasının tərəfdarlarının 54,5 faizi Sandersə, 41,2 faizi isə Clintona səs verməyə hazır olub.
İndi isə səslərin üçdə birinin hesablanmasından sonra nəticələr arasında fərq daha çox olub. Yəni Sanders 59, Clinton isə 39 faiz səs toplayıb.
Eyni sorğuya görə, Trump üçün 31,2 faiz respublikaçılar tərəfdarı səs verməyi planlaşdırıb, digər namizədlər isə 15 faizdən çox səs toplaya bilməyib.
Amma hazırda Trump-ın 34 faiz səs topladığı bildirilir, onun ən yaxın rəqibi Ohio qubernatoru John Kasichdir.
Növbəti ilkin seçkilər Cənubi Karolina və Nevadada keçiriləcək.
Nyu-Hempşirdə səsvermə nəticəsələri həlledici sayılmasa da, bu ştatda qqzanılmış müvəffəqiyyət namizədin kampaniyası üçün mühüm psixoloji amil ola bilər.
ABŞ-da son 10 ildə keçirilən prezident seçkilərində Nyu-Hempşirdə ilkin seçkilərdə qələbə qazanmış respublikaçı namizəd 8 dəfə, demokrat namizəd isə 7 dəfə prezidnetliyə partiyaların rəsmi namizədi olub.
Fevralın əvvəlində İowa ştatında keçirilən partiyadaxili seçimlərdə Respublikaçılar partiyasından Texas ştatından senator Ted Cruz qalib gəlib.
Ted Cruz, səslərin 28 faizini toplayaraq Respublikaçıların ən şanslı namizədi sayılan Donald Trumpı və senator Marco Rubionu geridə qoyub.
Demokratlar arasında isə sabiq ABŞ dövlət katibi Hillary Clinton və özünü demokratik sosialist adlandıran Vermont ştatından senator Bernie Sanders liderlik edib.
İowa partiyaların prezidentliyə namizəd irəli sürməsi üçün əsas ştat hesab olunur.
Şərhlər