ABŞ Rusiya zorakılığı ilə mübarizəyə 4,3 milyard dollar ayıracaq
10.02.2016 15:52 Dünyadan reaksiya 1104
APA-nın məlumatına görə, bu barədə Ağ evin rəsmi saytında yer alan büdcə layihəsində deyilir.
Bildirilir ki, həmin məbləğ NATOüzrə tərəfdaşların, habelə Avropa, Avrasiya və Mərkəzi Asiyada yerləşən tərəfdaş ölkələrin Rusiya zorakılığından asılılığını azaltmaq, dayanıqlığı gücləndirmək, eləcə də həmin ölkələrə siyasi, iqtisadi, diplomatik və hərbi dəstək vermək üçün sərf olunacaq. Məbləğin 3,4 milyard dolları isə Avropada təhlükəsizliyi təmin etmək üçün xərclənəcək.
Prioritet regionlar olaraq Ukrayna, Gürcüstan və Moldova seçilib. Vəsait demokratiyanın inkişafı, müdafiə imkanlarının gücləndirilməsi, enerji təhlükəsizliyinin artırılması və antikorrupsiya tədbirləri üçün sərf olunacaq.
Qeyd edək ki, 2016-ci ildə ABŞ bu ölkələrə 789 milyon dollar ayırıb.
Şərhlər