Ermənistan XİN başçısı Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
10.02.2016 17:18 Dünyadan reaksiya 1081
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 12-13-də Almaniyada səfərdə olacaq. O, Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı E.Nalbandyan bir sıra ölkələrin XİN başçıları, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Şərhlər