BƏƏ və İsrailin aviaşirkətləri Azərbaycana birbaşa uçuşlar həyata keçirmək niyyətindədir
10.02.2016 17:53 Dünyadan reaksiya 1027
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aviaşirkəti Azərbaycana uçuşlar təşkil etməyi planlaşdırır. "APA-Economics" xəbər verir ki, aviaşirkət BƏƏ-nin Şarja şəhərindən Bakı, Qəbələ və Azərbaycanın başqa regionlarına uçuşlar həyata keçirəcəyini bildirib.
Bununla yanaşı, İsrailin "El Al" və "Arkia" aviaşirkətləri də Təl-Əvivdən Bakıya birbaşa aviareyslərin yerinə yetirilməsini planlaşdırır.
Şərhlər