Türk xakerlər Çin Komunist Partiyasının saytını dağıtdı
01.07.2015 15:53 Dünyadan reaksiya 1736
Şərqi Türkistandakı müsəlman uyğurlara tətbiq edilən qadağalar bir çox ölkədə ciddi narazılığa səbəb olub. Bizimyol.info xəbər verir ki, Türkiyədə və Yaponiyada uyğurlara tətbiq edilən zülmə qarşı aksiyalar start götürüb. "Cyber-Warrior Akıncılar" adlı xaker qrupu isə Çinin bir sıra dövlət saytını dağıdıb.
Qrup, Çin Komunist Partiyası, Xalq məhkəməsi, Hong-Kong Universiteti başda olmaqla bir çox qurumun rəsmi saytlarını dağıdıb. Dağıdılan saytlara 16 Türk dövlətinin bayraqlarının yer aldığı şəkil yerləşdirilib. Bundan əlavə türkcə ve ingilizcə bu sözlər yazılıb: "Ədalət üçün ən böyük talehsizlik, dövləti idarə edənlərin zalımlığıdır. Zalımın zülmü varsa, məzlumun da Allahı var. Əlbəttə bu etdiyiniz zülm hesabsız qalmayacaq".
Şərhlər